Ermənistan silahlı qüvvələri atəşkəsi yenidən pozub

Ermənistan silahlı qüvvələri atəşkəsi yenidən pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri martın 16-da saat 19:20-dən 19:26-dək və 22:55-dən 23:01-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi, saat 22:10-dan 22:15-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.


Bütün xəbərlər Facebook səhifəmizdə