Cümşüd Nuriyev: “İsveçrə dövləti özünü neytral mövqedə göstərsə də...” - MÜNASİBƏT
\"Biz başqa dövlətlərin bizə olan münasibətinə görə öz siyasətimizi formalaşdırmamalıyıq və bu günə kimi də bu hal ölkəmizdə baş verməyib. Amma çox təəssüflər olsun ki, bizə qarşı təzyiqlər mövcuddur\". Bunu SİA-ya Cenevrədə icazəsiz mitinq keçirənlərin 110 min dollar məbləğində cərimələnməsi ilə bağlı referendumda qəbul olunan qərara münasibət bildirən politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, başqa dövlətlər (ABŞ, B.Britaniya, İsveçrə və s.) bu addımı atanda onlara qarşı təzyiqlər (sanksiyalar) tətbiq olunmur, baş verənlərə göz yumulur: "Bu Azərbaycanda baş verəndə isə bizlərə qarşı təzyiqlər daha çox artmağa başlayır. Biz bunlara fikir verməməliyik. Qeyd edim ki, dünyanın heç bir ölkəsi hökümət tərəfindən atılan bu addımlardan sığortalanmayıb. İsveçrə dövləti özünü neytral mövqedə göstərsə də, digər ölkələrin timsalında bunu insan hüquq və azadlıqlarının pozulması kimi qələmə verir".
Politoloq hesab edir ki, İsveçrədə qəbul olunan bu qərar Azərbaycanda da tətbiq oluna bilər: "Bunu bir növ ölkədə siyasi sabitliyi qorumaq üçün atılan addım kimi qəbul etmək lazımdır. İlk növbədə bu Azərbaycanın daxili məsələləridir. Azərbaycanda bu qanun ona görə tətbiq oluna bilər ki, torpaqlarımızın 20 faizi hələ də işğal altındadır. Bundan başqa Azərbaycanda müxtəlif dövlətlərin siyasi maraqları var. Biz heç vaxt qeyri-adi hadisələrdən sığortalanmamışıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB