Əli Həsənov: “Azərbaycan dövlətini, millətini layiqincə təmsil etmək qabiliyyətində olan gənclər formalaşıb” - MÖVQE

Əli Həsənov: “Azərbaycan dövlətini, millətini layiqincə təmsil etmək qabiliyyətində olan gənclər formalaşıb” - MÖVQE

"Azərbaycan gəncliyi həm ölkənin daxili, həm də qlobal dünyada sözün həqiqi mənasında ciddi bir amilə çevrilə bilib". SİA-nın verdiyi xəbərə görə, bunu Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının açılışında Prezident Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

Əli Həsənov buna misal kimi son zamanlar Xocalıya ədalət kampaniyası çərçivəsində dünyanın 70-dən çox ölkəsində həyata keçirilən geniş aksiyaları göstərib.

Çöbə müdiri həmçinin vurğulayıb ki, Azərbaycan müstəqilliyinin ilk illərində nə gənclik dövlət üçün xidmət etmirdi, nə dövlət gəncliklə məşğul olmurdu. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanda gənclərlə bağlı siyasəti formalaşdırdı.

"Artıq XXI əsrdə Azərbaycan dövlətinin əsas ağırlıqlarına öz çiyinlərini verən bir gənclik formalaşıb. Azərbaycan dövlətinin bütün qayğılarını öz çiyinləri üzərində yaşatmağa layiq gənclik inkişaf edir. İntellekti, milli vətənpərvərlik hissləri, bacarıqları, fəallıqları ilə Azərbaycan dövlətini, millətini layiqincə təmsil etmək qabiliyyətində olan gənclər formalaşıb", - deyə Əli Həsənov əlavə edib.



Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə