Avronest Parlament Assambleyası növbəti sessiyasını Bakıda keçirəcək
Avronest Parlament Assambleyasının (PA) növbəti sessiyası cari ilin aprelində Bakıda keçiriləcəkdir.
Milli Məclisdən verilən məlumata görə, tədbirin yüksək səviyyədə keçirilməsi üçün hazırlıq işləri görülüb. Sessiyanın gündəliyi Avronest PA-nın bu günlərdə Strasburqda keçiriləcək büro iclasında təsdiqlənəcəkdir.
Sessiya çərçivəsində təşkilatın dörd daimi komitəsinin də iclasları keçiriləcək və müvafiq sənədlər qəbul olunacaqdır.
Qeyd edək ki, Avronest PA-nın zirvə toplantısı təşkilata üzv dövlətlər sırasında ilk dəfə Bakıda keçiriləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB