Bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaranmasının ildönümüdür
Bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AQAC) yaranmasından 92 il keçir. SİA-nın xəbərinə görə, cəmiyyət 1920-ci ilin martın 10-da Azərbaycan Demokratik Respublikasının müdafiə naziri əvəzi, general-leytenant Əliağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsü ilə təsis edilib.
Cəmiyyət yarandığı ildən hər zaman insanlara təmənnasız sosial-tibbi xidmətlər göstərib, onların üzləşdiyi çətinliklərin aradan qaldırmasına yardımçı olub, zərərçəkmişlərə yardımlar edib. Bu fəaliyyət uzun illər bəri daha da təkmilləşərək beynəlxalq hərəkatın inkişafına öz töhfəsini verib.
Hazırda AQAC-nin 7 regional mərkəzi, Naxçıvan Muxtar Respublikası Rayon Komitəsi və onun rayon və şəhər komitələri, 83 rayon və şəhər komitəsi, "Neft Daşları" və AzərPoçt, BTRİB, Tibb Universiteti, Texniki Universiteti, rayon komitəsi var. Cəmiyyətin 270 mindən artıq üzvü, 17 minə yaxın könüllüsü var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB