Pensiyaların artırılması prosesi yanvar ayının brindən pensiyaların sığorta hissəsinin indeksasiyası həyata keçirilir və hazırda bu prosses başa çatdırlıb. SİA-nın xəbərinə görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslimov deyib. Onun sözlərinə görə, Fond bütün sığorta hissəsinin artımı ilə birlikdə baza yanvar-fevral ayları üçün pensiyların ödənilməsini təmin edib.
Səlim Müslimov ötən il istehlak qiymətlərinin 7,9 faizlik indeksinin qeydə alındığını bildirib. Həmin göstəricinin əmək pensiyalarına təsirini aradan qaldırmaq məqsədi ilə ölkə üzrə təqaüd alan vətəndaşların 92,2 faizinə bu artım şamil olunur.
Təqaüdlərin artırılmasına gəlincə isə DSMF-ın sədri: "Hazırda sosial sığorta haqqlarının proqnoza uyğun təmin etməyə çalışırıq. Yalnız həmin vəsaitlərin daxil olması artıqlaması ilə təmin olunarsa o zaman barədə əlavə olaraq bu məsələ baxıla bilər", - deyə əlavə edib.
Qeyd edək ki, əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2011-ci il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq, 2012-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB