Əli Əkbər Salehi İran və Azərbaycan arasında yaranmış mübahisəli məsələlərə münasibət bildirib

Əli Əkbər Salehi İran və Azərbaycan arasında yaranmış mübahisəli məsələlərə münasibət bildirib

Azərbaycan, Türkiyə, İran xarici işlər nazirləri tərəfindən qəbul olunan bəyanatda hər üç ölkə arasındakı razılaşmalar öz əksini tapıb. SİA-nın xəbərinə görə, bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi deyib. Onun sözlərinə görə, tərəflər mütəmadi qaydada məsləhətləşmələrini davam etdirəcək. Nazir qeyd edib ki, hər üç ölkənin ümumilikdə 170 milyondan artıq əhalisi var və birgə böyük bazar yarada bilərlər.

İran və Azərbaycan arasında son vaxtlar yaranmış müəyyən mübahisəli məsələlərə münasibət bildirən Əli Əkbər Salehi deyib ki, rəsmi Tehran regionda sülh və sabitlik bərqərar olmasının tərəfdarıdır.

Nazir bildirib ki, ölkəsi Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həllini tapmasını istəyir: "Biz öz məlumatlarımızı KİV-dən götürməməli, təhlillərimizi oradan alınmış məlumatlar əsasında aparmamalıyıq. Əmin ola bilərsiniz ki, əlaqələrimiz bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə