Azərbaycan Prezidenti ilə Mixail Saakaşvilinin təkbətək görüşü olub

Azərbaycan Prezidenti ilə Mixail Saakaşvilinin təkbətək görüşü olub

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Gürcüstan Prezidenti Mixail Saakaşvilinin rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident gürcü həmkarını qarşılayıb. Gürcüstanın və Azərbaycanın dövlət himnləri səslənib.

SİA-nın məlumatına görə, rəsmi qarşılanma mərasimindən sonra Azərbaycanın dövlət başçısı İlham Əliyevin və Gürcüstan Prezidenti Mixail Saakaşvilinin təkbətək görüşü olub. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub. Yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edilib və bu səfərlərin əməkdaşlığımızın daha da möhkəmləndirilməsi işinə xidmət etdiyi vurğulanıb.

Əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunduğu görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.


Bütün xəbərlər Facebook səhifəmizdə