Millət vəkili: “ATƏT-in qərarı hüquqi xarakter daşımır, dövlətlər üçün öhdəlik yaratmır” - MÖVQE

Millət vəkili: “ATƏT-in qərarı hüquqi xarakter daşımır, dövlətlər üçün öhdəlik yaratmır” - MÖVQE

"ATƏT-in qərarı hüquqi xarakter daşımır, dövlətlər üçün öhdəlik yaratmır". SİA-nın xəbərinə görə, bunu millət vəkili Məlahət İbrahimqızı bu ay Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaradılmış ATƏT-in Minsk qrupunun 20 illlik yubileyinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının qərarı dövlətlər üçün öhdəlik yaradır.

Sözügedən qurumun Dağlıq Qarabağ problemi ilə bağlı 4 qətnaməsinin olduğunu xatırladan millət vəkili bildirib ki, bu qətnamələr icra olunmalıdır. O, qeyd edib ki, 20 il ərzində nəyəsə nail olmayan Minsk qrupu öz fəaliyyətinə tənqidi yanaşmağı bacarmalıdır: \"20 illik vasitəçilik missiyasına yekun vurulub, yenə də vasitəçilik missiyası həyata keçirmək istəyirlərsə, bir vaxt çərçivəsi müəyyənləşdirsinlər. Hansı ki, o vaxt ərzində münaqişə tənzimlənə bilər\".

ATƏT-in Minsk Qrupu həmsədrlərin regiona səfərlərinin münaqişənin nizamlanmasına təsiri olacaqmı? sualına cavabında millət vəkili: "Bu sıradan bir səfərdir"-deyə, cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə