Azərbaycanın CAR-dakı səfiri bu ölkənin enerji naziri ilə görüşüb

Azərbaycanın CAR-dakı səfiri bu ölkənin enerji naziri ilə görüşüb
Martın 5-də Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı səfiri Elxan Poluxov ölkənin enerji naziri xanım Elizabet Dipuo Peters ilə tanışlıq görüş keçirib. Bu barədə SİA-ya Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı səfirliyindən məlumat verilib.

Səfir E.Poluxovu Azərbaycan Respublikasının CAR-da səfirliyinin açılması ilə əlaqədar təbrik edən Nazir E. Dipuo, bununla ölkələr arasında münasibətlərin daha da intensivləşəcəyinə inandığını söyləyib. Rəhbərlik etdiyi Nazirliyinin enerji sahəsində fəaliyyət göstərən bir sıra dövlət sahibkarlığında olan müəssisələrin işini tənzimlədiyini bildirən xanım Dipuo, bir çox ölkələrlə əlaqəli olduğunu və bu ölkələr sırasında Azərbaycanı da görmək istədiyini deyib.

Öz növbəsində səfir E.Poluxov səmimi təbrikə görə minnətdarlığını bildirib və fəaliyyəti müddətdə ölkələr arasında, o cümlədən enerji sahədə münasibətlərin daha da dərinləşməsinə qulluq edəcəyini deyib. Azərbaycanın dünyanın ən qədim neft hasil edən ərazi olması ilə yanaşı, ölkənin bu sahədə geniş təcrübəyə malik olduğunu və hazırda qlobal neft və qaz bazarında öz mühüm yerini tutduğunu da bildirilmişdir. CAR-ın enerji nazirliyi ilə Azərbaycanın sənaye və energetika nazirliyi arasında əlaqələrin yaradılmasının zəruriliyini söyləyən E.Poluxov qarşılıqlı səfərlərin həyata keçirilməsi vacibliyini dilə gətirib.

Cavab olaraq nazir Dipuo ölkəsinin Azərbaycanın təcrübəsindən bəhrələnməkdən maraqlı olduğunu və bunun üçün müxtəlif birgə və çoxtərəfli layihələrin həyata keçirilməsinin zəruriliyini vurğulayaraq, bu istiqamətdə intensiv işlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Sonra E.Poluxov Azərbaycanda gedən siyasi və iqtisadi proseslər, Ermənistanın Azərbaycana qaşı təcavüzü və onun acı nəticələri, ölkənin müstəqilliyinin əldə etdiyi iyirmi il dövründə keçdiyi uğurlu yol barədə ətraflı məlumat verib. Görüşün sonunda E.Poluxov nazir Dipuoya neftlə çəkilmiş rəsm hədiyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə