Çaylarda gursululuğutəyin etmək üçün dağlarda qarölçmə işlərinə start verilib.Ekologiya və Təbii Sərvətlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Azərbaycanda yaz-yay gursulu dövrünün axım proqnozunu hazırlamaq məqsədilə qar ehtiyatları üzərində müşahidə-qiymətləndirmə işlərinin həyata keçirilməsi üçün Milli Hidrometeorologiya Departamentinin Çöl Tədqiqat Ekspedisiya Qrupu Böyük və Kiçik Qafqaz dağlarında ekspedisiyaya başlayıb. Ekspedisiya 20 gün davam edəcək.Qarölçmə işləri Kiçik Qafqazın Gədəbəy, Göy-göl, Daşkəsən, Böyuk Qafqazın Balakən, Zaqatala, Oğuz, Qəbələ, Quba, Qusar rayonlarının və Naxçıvan MR-nın çay hövzələrində 28 marşrut üzrə xüsusi proqrama əsasən aparılacaq.
Qarölçmə işlərinin nəticələrinə əsasən yuxarı çay hövzələrində formalaşan qar-su ehtiyatları qiymətləndiriləcək və bundan gursulu dövrün axım proqnozunun tərtibində istifadə olunacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB