Azərbaycan Prezidentinin ehtiyat fondundan Bakıda yaşıllaşdırma işlərinə 2 milyon manat ayrılıb

Azərbaycan Prezidentinin ehtiyat fondundan Bakıda yaşıllaşdırma işlərinə 2 milyon manat ayrılıb

Prezident İlham ƏliyevBakı şəhərində yaşıllaşdırma işlərinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Məlumatı AzərTAc dövlət agentliyi yayıb.


Sərəncamda bildirilir: \"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:


1. Bakı şəhərində aparılan yaşıllaşdırma işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.


2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin\".

Bütün xəbərlər Facebook səhifəmizdə