Mühafizə alayında hərbi andiçmə mərasimi keçirilib

Mühafizə alayında hərbi andiçmə mərasimi keçirilib

Mühafizə alayında hərbi andiçmə mərasimi keçirilib. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumatda bildirilir ki, dünən Penitensiar Xidmətin mühafizə alayının həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərinin hərbi andiçmə mərasimində alay komandiri, ədliyyə polkovniki Mehman Məmmədov şəxsi heyəti salamladıqdan və Azərbaycan Respublikasının Dövlət Bayrağı təntənəli surətdə gətirildikdən sonra gənc əsgərlər hərbi and içiblər.


Hərbi andiçmə mərasiminə həsr olunmuş tədbir bölüklərin təntənəli keçidi ilə yekunlaşıb.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra mühafizə alayının zabitlərinin iştirakı ilə əsgər valideynləri şəxsi heyətin məişət şəraiti ilə tanış olublar. Onlar həmçinin nahar yeməyində də iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə