YAP-ın sədr müavini Əli Əhmədov Ukraynanın Azərbaycandakı səfiri ilə görüşüb
Yeni Azərbaycan Partiyasının sədr müavini, İcra katibi Əli Əhmədov bu gün partiyanın mənzil qərargahında Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko ilə görüşüb. Partiyanın mərkəzi aparatından SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycan ilə Ukrayna arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.
Bildirilib ki, ölkələrimiz arasında strateji əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək. Görüşdə YAP İcra katibinin müavini Mübariz Qurbanlı iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB