Prezident Malayziyanın keçmiş Baş naziri Mahathir Mohamadı qəbul edib

Prezident Malayziyanın keçmiş Baş naziri Mahathir Mohamadı qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Malayziyanın keçmiş Baş naziri Mahathir Mohamadı qəbul edib. SİA-nın məlumatına görə, görüşdə Azərbaycan ilə Malayziya arasında ikitərəfli münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın fəal şəkildə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb, əlaqələrimizin daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin beyin mərkəzlərinin Bakıda keçirilən III Forumunun önəmi qeyd olunub.


Bütün xəbərlər Facebook səhifəmizdə