Bu gün Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya) və Jak Forun (Fransa) regiona səfəri başlayır. SİA-nın xəbərinə görə, əvvəlcə Ermənistana səfər edəcək trio İrəvanda prezident Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşəcəklər.
Həmsədrlər Azərbaycana martın 5-də gələcək, martın 6-da isə onların prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulur. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində atılacaq növbəti addımlar müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB