DİN Balakən rayonunda orta məktəb şagirdinin intihar etməsinə dair rəsmi məlumat yayıb

DİN Balakən rayonunda orta məktəb şagirdinin intihar etməsinə dair rəsmi məlumat yayıb

Daxili İşlər Nazirliyi Balakən rayonunda orta məktəb şagirdinin odlu silahla intihar etməsinə dair rəsmi məlumat yayıb. SİA-nın DİN rəsmi saytına istinadən verdiyi məlumata görə, fevralın 29-da Balakən rayonunun Qullar kənd sakini Həvva Novruzova evində ailə münaqişəsi zəminində intihar məqsədi ilə atasına məxsus \"TOZ-8\" markalı ov tüfəngindən atəş açaraq özünə xəsarət yetirib.

1995-ci il təvəllüdlü qız 11-ci sinif şagirdidir. H.Novruzova xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə