Fransa höküməti Nikola Sarkozini məyus etdi. SİA-nın "Armenia today" saytına istinadən verdiyi məlumata görə, növbəti parlament seçkilərinə qədər ölkə tərəfindən tanınmış soyqırımların inkarının kriminallaşdırılması haqqında yeni qanun qəbul etmək mümkün deyil. Bunu Fransanın büdcə naziri və hökumətin rəsmi nümayəndəsi Valeri Pekress deyib.
O, qeyd edib ki, hökumət yeni qanun layihəsi hazırlayarkən Konstitusiya Şurasının iradlarını nəzərə alacaq, lakin iyun ayına qədər layihənin hazırlanaraq parlamentdə qəbulu qeyri-mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB