Hulusi Kılıç: “Azərbaycan ictimaiyyətinə dəstəyə görə təşəkkür edirik”

Hulusi Kılıç: “Azərbaycan ictimaiyyətinə dəstəyə görə təşəkkür edirik”

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Fransa Senatının qəbul etdiyi qondarma erməni soyqırımını inkar edənlərin məsuliyyətə cəlb olunması ilə bağlı qanunun Konstitusiya Şurası tərəfindən ləğvi barədə qəbul etdiyi qərara münasibət bildirib. SİA-nın xəbərinə görə, səfir bildirib ki, Konstitusiya Şurası ölkəni bu çətin vəziyyətdən qurtardı: "Bu işdə əməyi keçən hər kəsə, o cümlədən dəstəyə görə, Azərbaycan prezidentinə, Milli Məclisə, siyasi partiyalara, ictimaiyyətə təşəkkür edirik. Bu qərar Fransanı Türkiyə və Azərbaycana daha da yaxınlaşdırdı".

O qeyd edib ki, bu, Fransaya yaraşan qərardır: "Senatın qərarı ifadə və söz azadlığına zərbə idi. Bu, həm də digər Avropa ölkələrinə örnəkdir. Bəzi səbəblərdən dolayı ermənilərin lehinə olan bu qərarı qəbul edən bəzi ölkələrin də bu qərarı ləğv edəcəyinə ümid edirəm. Bu, haqsızlıqdır və eyni zamanda regiondakı vəziyyəti daha da çətinləşdirən bir addımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə