Nəsib Nəsibli: \"Bunlar İran tərəfinin narahatçılığından qaynaqlanır\" - MÜNASİBƏT
Onun sözlərinə görə, bu ziddiyyətlərin də səbəbləri var, bu da iqtidarların kimiliyindən asılı olan məsələ deyil: "Əsas məsələ odur ki, sərhəddin o tərəfində məzlum Güney Azərbaycan var və bu münasibətlərə təsir edir. Rəsmi Tehran görür ki, Azərbaycan Respublikasının varlığı belə Cənubi Azərbaycana təsir edir. Ona görə də çalışır ki, mümkün qədər bu təsiri azaltsın".
N.Nəsibli əlavə edib ki, bu gün Azərbaycanın Qərb ölkələri ilə müttəfiqlik səviyyəsində münasibətlər qurması da İranı çox qıcıqlandırır. Ona görə də onların tez-tez notalar verməsini, hansısa bəyanatlar səsləndirməsini təbii qarşılayıram: "Bunlar İran tərəfinin narahatçılığından qaynaqlanır".
İran dövləti ilə Qərb dairələri arasında son dövrlər daha artan gərginliyə də toxunan Nəsib Nəsiblinin sözlərinə görə, hazırda Qərblə Tehran arasında münasibətlər o həddə gəlib çatıb ki, İranın geri çəkilməsi də problem yaradır: "Əgər yadınızdadırsa, bir vaxtlar Səddam Hüseyn Beynəlxalq Atom Energetikası Agentliyi (MAQATE) ilə əməkdaşlıq qərarı verdi və beynəlxalq qurumun nümayəndələri diktatorun yataq otağına kimi gedib çıxmışdı. Amma nəticəsi nə oldu? Yenə də işə düşmüş mexanizm İraqın sonuna çıxdı. Məncə, İran və Qərb ölkələri arasındakı münasibətlər böyük ehtimalla elə bu sonluğa doğru gedir. Əgər İran tərəfi \"MAQATE ilə səmimi əməkdaşlığa hazıram\" desə belə, işə düşmüş mexanizmi dayandıra bilməyəcək".
Nəsib Nəsibli İranla İsrail arasında münasibətlərin də yaxın perspektivdə daha da gərginləşəcəyini düşünür. Onun sözlərinə görə, İsrail özü bu ziddiyyətləri körükləyir və Qərb ölkələrini İrana qarşı yönəldir.
Aynurə Asimqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB