TBMM-də Xocalı Soyqırımına həsr olunan sərgi açılacaq

TBMM-də Xocalı Soyqırımına həsr olunan sərgi açılacaq

Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) Xocalı Soyqırımına həsr olunmuş sərginin açılışında iştirak edəcək. SİA-nın verdiyi məlumata görə, sərgidə Ermənistanın dinc azərbaycanlılara qarşı törətdiyi Xocalı Soyqırımını əks etdirən materiallar nümayiş olunacaq.

Eyni zamanda millət vəkili Qənirə Paşayeva bu gün TBMM-də Xocalı Soyqırımına həsr olunmuş müzakirələri də izləyəcək.

Qeyd edək ki, bir neçə gün əvvəl TBMM-nin xarici məsələlər üzrə komissiyası Xocalı Soyqırımının rəsmən tanınması barədə qərar qəbul etmişdi. Bu gün isə həmin məsələ TBMM-nin diqqətində olacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə