Prezident İlham Əliyev Bakı-Qazax magistralı-Kür qəsəbəsi avtomobil yolunun tikintisinə 3 milyon manat ayırıb

Prezident İlham Əliyev Bakı-Qazax magistralı-Kür qəsəbəsi avtomobil yolunun tikintisinə 3 milyon manat ayırıb

Azərbaycan prezidenti İlham Əliyev Şəmkir rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. SİA-nın məlumatına görə, on iki min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Bakı-Qazax magistralı-Kür qəsəbəsi avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Şəmkir Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.

Maliyyə Nazirliyi sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin edəcək.


Bütün xəbərlər Facebook səhifəmizdə