Azərbaycan Prezidenti İlham Əliyev Yəmən Respublikasının Prezidenti Zati-aliləri cənab Abdurabbih Mənsur Hadiyəni təbrik edib. SİA-nın xəbərinə görə, təbrik məktubunda deyilir: "Hörmətli cənab Prezident, Yəmən Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Yəmən arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Yəmən xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB