Araz Əlizadə: “Əli Kərimlinin arzuları ürəyində qalacaq”

Araz Əlizadə: “Əli Kərimlinin arzuları ürəyində qalacaq”

\"Əli Kərimli kimilərin yalnız bir fəaliyyəti mövcuddur, o da özlərini xalqa sırıyaraq fəaliyyət göstərmələridir\". Bunu SİA-ya açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə fevralın 18-də AXCP-nin sədri Əli Kərimlinin iştirakı ilə baş tutan müşavirədə səsləndirilən fikirlərə münasibət bildirərkən deyib. Partiya həmsədrinin sözlərinə görə, AXCP 20 ildir ki, eyni sözü təkrarlamaqla məşğuldur: "Onlar hesab edirlər ki, Azərbaycanda da ərəb ölkələrində baş vermiş hadisələr təkrarlana bilər. Əli Kərimlinin arzuları ürəyində qalacaq. Azərbaycanda heç bir şey baş verməyəcək. Əgər onlar vətənə sədaqət nümayiş etdirirlərsə, bəs nəyə görə, şikayətlərini xaricdə davam etdirirlər? Əksinə bu kimi insanlar xalqa müraciət edərək, onlarla təmasda olmalı idilər. Onların işi-gücü yalnız səfirlərlə görüşməkdən və xarici dövlətlərə müraciət edərək hakimiyyətə gəlməkdən ibarətdir".

Bütün xəbərlər Facebook səhifəmizdə