Bakı və Abşeron yarımadasında fevralın 28-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər yarımadanın bəzi yerlərində duman olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 1-5, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir. Fevralın 29-da hava əsasən yağmursuz olacaq. Səhər və axşam yarımadanın bəzi yerlərində duman müşahidə ediləcək. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 2-5, gündüz 11-16 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında fevralın 28-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 9-14 dərəcə şaxta olacağı proqnozlaşdırılır. Fevralın 29-da da hava əsasən yağmursuz keçəcək. Gecə və səhər duman müşahidə ediləcək. Lakin qərb rayonlarından başlayaraq bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 1-6, gündüz 15-18 dərəcə isti, martın 1-də 10-15 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 8-13, martın 1-də isə 5-8 dərəcə isti olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB