Nazim İbrahimov: “Qarabağda olan proseslər, xalqın başına gətirilən müsibətlər dünya ictimaiyyətinin diqqətinə çatdırılacaq”

Nazim İbrahimov: “Qarabağda olan proseslər, xalqın başına gətirilən müsibətlər dünya ictimaiyyətinin diqqətinə çatdırılacaq”

"Xocalı soyqırımı Azərbaycan xalqının faciəsi və millətinin yaddaşında qalan böyük, bədbəxt hadisələrdən biridir. Azərbaycan vətəndaşları da bu gün Xocalı faciəsininin 20-ci ildönümünü Azadlıq meydanında Xocalı aibəsinə kimi belə bir yürüş şəklində qeyd edirlər". SİA xəbər verir ki, Diasporla İş üzrə Dövlət komitəsinin sədri Nazim İbrahimov bildirib ki, Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı dünya azərbaycanlıları da müxtəlif ölkələrdə yürüş, mitinq, aksiya təşkil edirlər. Onun sözlərinə görə, bunların bir nümunəsi kimi bu gün Xocalı faciəsi ilə bağlı İstanbul şəhərinin Taksim meydanında çox böyük bir yürüş olacaq. Buraya çoxlu sayda insanların qatılacağını deyən N.İbrahimov qeyd edib ki, azərbaycanlıların yaşadığı dünyanın bir çox ölkələrində, əksəriyyətində Xocalı soyqırımı qeyd olunur. Azərbaycanm həqiqətləri, zamanında xalqın başına gələn bu böyük müsibətlər nəniki Xocalı faciəsi günündə anılır: "Dünya ölkələrinin hər birində 31 mart azərbaycanılılarının soyqrımı və XX əsrin sonunda baş vermiş faciələrin hamısı anılacaq və Qarabağda olan proseslər, xalqın başına gətirilən müsibətlər dünya ictimaiyyətinin diqqətinə çatdırılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə