Azərbaycanın Argentinadakı Səfirliyindən verilmiş məlumata əsasən Buenos-Ayresdə Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. XİN-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirə Argentinanın ictimai-siyasi dairələrinin, qanunvericilik orqanının, diplomatik korpusun, kütləvi informasiya vasitələrinin, müxtəlif icma təşkilatlarının nümayəndələri qatılıb.
Tədbirdə çıxış edən səfir Məmməd Əhmədzadə Qarabağın tarixi, ermənilərin Azərbaycana köçürülməsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin kökləri, Xocalı soyqırımı, münaqişənin nizamlanması prosesi barədə məlumat verib.
Tədbirdə Buenos-Ayresdə nəşr olunan ispandilli İRS Herencia jurnalının Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş "Azərbaycanın ürəyi Qarabağ" adlı çapdan çıxmış xüsusi nömrəsinin təqdimatı da keçirilib. Jurnalın bu nömrəsinə Qarabağın tarixi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, Xocalıya ədalət kampaniyası, Qarabağ mədəniyyəti, Qarabağ xalçaçılıq məktəbi, Şuşa zərgərlik məktəbi, Qarabağ muğam məktəbi, Qarabağ mətbəxi ilə bağlı məqalə, yazı və illüstrativ materiallar daxil olub.
Tədbir vaxtı Xocalı soyqırımı, Qarabağın tarixi və mədəniyyətinə dair sərgi və filmlər təqdim olunmuş, habelə iştirakçılara bu mövzular üzrə müxtəlif nəşriyyatlar paylanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB