Roland Kobia: “Biz Azərbaycanda iqtisadiyyatın sabitliyinin təkmilləşdirilməsi istiqamətində artıq fəaliyyətə başlamışıq”
\"Biz Azərbaycanda iqtisadiyyatın sabitliyinin təkmilləşdirilməsi istiqamətində artıq fəaliyyətə başlamışıq\". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı Azərbaycanla ölkədə biznes mühitinin, iqtisadi mühitin inkişafı məsələsində əməkdaşlıq edir: "Biznes sahəsində rəqabət nə qədər çox olsa, bazar bir o qədər açıq, iqtisadiyyat isə liberal olar. Bir sıra qurumlarla rəqabətə davamlılıq Məcəlləsinin parlamentdə müzakirə olunmasını ona görə istəyirik ki, başlıca amil kimi Azərbaycana ictimai və maliyyə məsələlərində dəstək nümayiş etdirək. Bu da ölkədə iqtisadi aktivliyi bir növ artırmış olar",-deyə səfir sözlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB