Ölkə ərazisində havaların bir müddət qeyri-sabit keçməsi yoluxucu xəstəliklərin artmasına səbəb olub. Son günlər qripə yoluxanlar arasında ağırlaşmalar da müşahidə olunur. Xəstələr nəfəs yollarının tutulmasından, hərarətin artmasından, halsızlıqdan, baş ağrılarından şikayətlənirlər. Əksər ailələrdə virus infeksiyaları ailənin bütün üzvlərinə qənim kəsilib.
Soyuq havada güclü qida ilə qidalanmaq məsləhətdir
Ölkənin baş infeksionisti Namiq Əliyev son günlər qrip xəstəliyinə yoluxma hallarının çoxaldığını desə də, ölkədə epidemiyanın olmadığını bildirib: \"Havaların qarlı-şaxtalı keçməsi həssaslığı artırıb. Bu günlərdə insanlar öz səhhətlərinə qarşı daha çox diqqətli olmalıdırlar. Soyuq hava şəraitində insan orqanizmi zəifləyir, bu da xəstəliyin yaranmasına imkan verir. Soyuqdəymə, qrip və paraqriplərdən qorunmaq üçün burun deşiklərinin dərman tökmək məsləhətdir. Bununla yanaşı, qida rejiminə düzgün əməl olunmalı, yaxşı qidalanmaq lazımdır".
Soyuq havada bərkdən danışmaq da olmaz!
Mütəxəssislərin dediyinə görə, yuxarı tənəffüs yollarında on birdən yuxarı infeksiya növü var ki, orqanizmin həmin hissəsinə birbaşa iltihabı təsir göstərir. Amma onların heç də hamısı qrip deyil. Ayrı-ayrı mikroorqanizmlərdir ki, yuxarı tənəffüs yollarının kapillyar iltihabı, irinli iltihabı və s. törədir.
Ona görə də soyuqdan ilk növbədə qorunmaq lazımdır ki, belə infeksiyalar baş verməsin.
Soyuq havada gəzərkən hətta bərkdən danışmaq da yolverilməzdir. Çünki soyuq hava nəfəs yolları ilə orqanizmə daxil olur.
Xəstəliklərdən qorunmaq üçün qış aylarında xəmir xörəkləri və bəzi qüvvətləndirici qidalar qəbul etmək lazımdır. Eyni zamanda təmizliyinə diqqət yetirmək, xəstə insanlarla eyni mühitdə olmamaq, qripə yoluxma zamanı antibiotiklərin istifadə etmək lazımdır. Xəstələrin istirahət etməsi, ağrıkəsici və vitamin qəbul etməsi də məsləhət görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB