Latviya xarici işlər nazirinin Azərbaycana rəsmi səfəri başlayıb

Latviya xarici işlər nazirinin Azərbaycana rəsmi səfəri başlayıb

Latviya Respublikasının xarici işlər naziri Edqars Rinkeviçsin Azərbaycan Respublikasına rəsmi səfəri başlayıb. XİN-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səfər zamanı Edqars Rinkeviçsin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilməsi, xarici işlər naziri Elmar Məmmədyarov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov və nəqliyyat naziri Ziya Məmmədovla görüşləri nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə