“Bermuda” çay evi qumarxanaya çevrilib

“Bermuda” çay evi qumarxanaya çevrilib

Bakıda çay evində qumar oyunları təşkil edən şəxs saxlanılıb. SİA-nın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "Bermuda" çay evində Bakı şəhər sakini Elçin Qəmbərovun qumar oyunları təşkil etməsi müəyyən edilib. Aşkar olunmuş faktla bağlı tədbirlər görülür.


Bütün xəbərlər Facebook səhifəmizdə