Avronestin iclasında Azərbaycan və erməni deputatı arasında insident yaşanıb - EKSKLÜZİV
Avronest Parlament Assambleyasının Sosial komitəsinin İrəvanda keçirilən iclasında azərbaycanlı erməni millət vəkilləri arasında insident baş verib. SİA-nın xəbərinə görə, iclasın gedişində "Çiçəklənən Ermənistan" partiyasının üzvü Nairə Zorabyan Azərbaycanın ünvanına əsassız ittihamlar səsləndirib. O, qeyd edib ki, rəsmi Bakı "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində digər dövlətlərlə əməkdaşlıqdan yayınır: "Biz bir neçə dəfə Azərbaycana "Şərq Tərəfdaşlığı" çərçivəsində əməkdaşlıq barədə təklif irəli sürmüşük. Lakin həmişə onlar bu təklifi rədd ediblər".
Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev isə bu bəyanatları cavabsız qoymayıb. O, qeyd edib ki, regional əməkdaşlıq Azərbaycan üçün mühüm xarakter daşıyır: "Lakin Ermənistanla Azərbaycan arasında əməkdaşlıqdan söhbət gedirsə, biz mütləq Dağlıq Qarabağ münaqişəsi ilə üzləşirik. Çünki hər kəs bilir ki, Azərbaycanın 20 faiz toraqları ermənilər tərəfindən işğal edilib və bunun nəticəsi olaraq bir milyon azərbaycanlı məcburi köçkün var. Biz əməkdaşlığa qarşı deyilik. Ancaq mövcud duruma nəzər salsaq əməkdaşlığın necə alınacağı göz önündə olar".
Qeyd edək ki, komitənin toplantısında tərəfdaş dövlətlərdə vətəndaş cəmiyyətinin inkişafı, yoxsulluğun azaldılması strategiyası, parlamentlərdə və vətəndaş cəmiyyətində qadınların, gənclərin rolunun artırılması və digər məsələlərin müzakirəsi edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB