Strasburqda Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı mitinq keçiriləcək

Strasburqda Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı mitinq keçiriləcək

Fevralın 25-də Strasburqun Kleber meydanında "Azərbaycan Evi", Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) təşkilatçılığı ilə "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində mitinq keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Strasburq "Azərbaycan Evi"nin rəhbəri Mustafa Alınca mitinqin keçirilməsi üçün şəhər prefekturası və polis idarəsindən icazə alındığını deyib. Mitinq çərçivəsində Kleber meydanında fransız, ingilis dillərində kitablar və Xocalı soyqırımına həsr olunmuş fotoşəkillərdən ibarət sərgi də təşkil olunacaq. Xocalı şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq havaya 613 şarın uçurdulması da planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə