Aydın Mirzəzadə: “Nikolay Bordjuanın bəyanatı diplomatik qalmaqaldır” - MÖVQE
Beynəlxalq təşkilatın nümayəndəsinin beynəlxalq hüquqa zidd bəyanatlar verməsi ancaq təəccüb doğurur. Belə təəssürat yaranır ki, Bordyuja rəhbəri olduğu təşkilatın nizamnaməsindən xəbərsizdir. Bu təşkilat ona üzv ölkələrin təhlükəsizliyini qorumaq üçündür. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Aydın Mirzəzadə bildirib.
Onun sözlərinə görə, baş katibi Nikolay Bordyuja səlahiyyətlərindən kənar bəyanatlar verir: "Bu beynəlxalq diplomatik qalmaqaldır. Ya Nikolay Bordyuja nizamnamədən və səlahiyyətindən kənar danışır və yaxud ola bilsin ki, o nə danışdığını fərqinə varmır. Hesab edirəm ki, bu bəyanat Azərbaycan tərəfdən çox ciddi sürətlə qarşılanıb reaksiya veriləcək. Onlar bu məsləyə yenidən aydınlıq gətirməlidir. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarda Ermənistanın yaratdığı oyuncaq \"Dağlıq Qarabağ Respublikası\" bu gün nəinki dünya, heç Ermənistanın özü tərəfindən də tanınmır. Dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və danışıqlar da bu gün işğal olunmuş ərazinin qondarma rəhbərliyi ilə Azərbaycan arasında deyil, məhz Azərbaycanla Ermənistan arasında gedir. Ona görə də dəfələrlə KTMT-yə üzv ölkələrin, eləcə də təşkilatın rəhbərləri bildiriblər ki, söhbət Ermənistanın təhlükəsizliyindən gedir".
Millət vəkili qeyd edib ki, heç bir halda beynəlxalq təşkilat rəhbəri hansısa ölkənin ərazi bütövlüyünü pozacaq addımlar atıb bəyanatlar verməməlidir. O, bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün bütün vasitələrdən istifadə edəcək: "Azərbaycan bu gün iki yolun üzərində fəal surətdə işləyir və düzgün saydığı variantı qəbul edəcək. Bu iki yol - diplomatik danışıqlar və hərb yoludur. Bordyuja verdiyi bəyanata görə Azərbaycandan üzr istəməlidir. KTMT-nin rəhbəri üzv dövlətin işğalçılıq siyasətinə dəstək verirsə, buna qəti etiraz bildirmək lazımdır. Azərbaycan dünya tərəfindən tanınmış sərhədlərindən bir qarış da kənara çıxmaq fikrində deyil. Mən təəssüf edirəm ki, Rusiya kimi bir ölkənin nümayəndəsi bu gün rəhbəri olduğu təşkilatın nizamnaməsindən kənar bəyanatlar verir. Dağlıq Qarabağ Ermənistanın ərazisi deyil. Dağlıq Qarabağ Azərbaycanın Ermənistan tərəfdən işğal olunmuş torpağıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB