Xocalı faciəsinin 20-ci ildönümü münasibətilə Goranboyda tədbir keçirilib

Xocalı faciəsinin 20-ci ildönümü münasibətilə Goranboyda tədbir keçirilib

Xocalı faciəsinin 20-ci ildönümü münasibətilə Respublika Ağsaqqallar Şurası tərəfindən Goranboyda tədbir keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyularaq müstəqil Azərbaycanın memarı və onun gerçək tarixinin tanıdılması naminə yorulmadan çalışmış milli lider Heydər Əliyev ehtiramla yad edilib.


Sonra tədbir Respublika Ağsaqqallar Şurası tərəfindən açılmış ehsan süfrəsi arxasında davam etdirilib. Mərasimə Şuranın rəhbərliyi, o cümlədən onun sədri akademik Budaq Budaqov da qatılıb.


Tədbirdə çıxış edənlələr bildirib ki, bəşəriyyətin müasir tarixinin ən ağır faciələrindən olan, erməni qəsbkarlarının ən iyrənc və xəyanətkar üsullarla dünc azərbaycanlılara qarşı Xocalıda 20 il əvvəl törətdikləri bu soyqırım faktının ətraflı araşdırılması, siyasi cəhətdən qiymətləndirilməsi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır.


Tədbirdə həmçinin ermənilərin Türk dünyasına, o cümlədən Azərbaycana qarşı insaniyyətdən kənar cinayətlərinin dünyaya bəyan edilməsi yönündə hər bir vətəndaşımızın öz bacarığı müqabilində zəruri işlər görməsinin vacibliyi bir daha vurğulanıb.


Qeyd edək ki, Goranboy rayonunun Ağcakənd zonasında 700-dək Xocalıdan olan məcburi köçkün ailəsi məskunlaşıb.



Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə