Türməyə heroin keçirmək istəyiblər

Türməyə heroin keçirmək istəyiblər
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsinə qadağan olunan əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. SİA-nın Penitensiar Xidmətin saytına istinadən verdiyi xəbərə görə, Cəzaçəkmə Müəssisəsinin görüş otağında həmin müəssisədə cəza çəkən 1979-cu il təvəllüdlü, Cinayət Məcəlləsinin 317.2.1 və 67-ci maddələri ilə təqsirli bilinərək 5 il 10 ay müddətinə azadlıqdan məhrum edilən məhkum Dadaşov Elçin Rafiq oğlunun üzərinə və ona gətirilmiş sovqata baxış keçirilib.

Həmin zaman "Antonelli & Croissants" etiketli şirniyyat qutusunun içindən sellofana bükülmüş 14 ədəd xırda daşa bənzər kristallaşmış, ümumi çəkisi 12,042 qram olan narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə