Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaradılmasından 8 il ötür
Bu gün Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaradılmasının 8 ili tamam olur. Qeyd edək ki, nazirlik Prezident İlham Əliyevin 20 fevral 2004-cü il tarixli fərmanı ilə keçmiş Rabitə Nazirliyinin bazası əsasında təsis edilib.
RİTN-in yaradılması informasiya texnologiyalarının yüksək templi inkişafı və insanların vacib ehtiyaclarının birinə çevrilməsindən irəli gəlirdi. Dövlət başçısı İlham Əliyev bu istiqaməti prioritet elan etməklə informasiya-kommunikasiya texnologiyalarının inkişafına böyük diqqət yetirir.
Azərbaycan hökumətinin, xüsusilə RİTN-in fəaliyyəti nəticəsində son illər ərzində respublikanın İKT sektoru yüksək templə inkişaf edir.
Bunun bariz nümunəsi bu müddət ərzində informasiya texnologiyaları sektorunda həyata keçirilən nəzərəçarpacaq işlər, İKT sektorunda qəbul edilən Dövlət Proqramları, bu illər ərzində reallaşan irimiqyaslı layihələr çərçivəsində məhsul və xidmət istehsalının həcminin əhəmiyyətli dərəcədə artmasıdır. Nazirliyin yaradılması Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişafı və tətbiqinə təkan verib.
Xatırladaq ki, Azərbaycanda rabitə sahəsində ilk nazirlik 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının təsis olunmasından sonra yaradılıb. O zaman bu struktur Poçt və Teleqraf Nazirliyi adlanırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB