\"Eurovision- 2011\"in qalibi Nigar Camalın saytına haker hücumu olub

\"Eurovision- 2011\"in qalibi Nigar Camalın saytına haker hücumu olub

Azad Azərbaycan (ATV) televiziyasının, Econews.az portalının, Nigar Camalın saytları erməni hakerlərinin kiber hücumlarına məruz qalıb. SİA-nın məlumatına görə, gecə saatlarından başlayaraq hakerləri Azərbaycanın bəzi saytlarına kiberhücumlar həyata keçirib.

Econews.az portalının rəhbəri Cəsarət Hüseynzadənin sözlərinə görə, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 2010-cü ildə yaradılan\"Sahibkarlar üçün internet mətbuat xidməti və elektron resurs mərkəzi\" olan www.econews.az portalı da hücumlara məruz qalıb. Hücuma məruz qalan bütün saytlarda ermənilərin dırnaqarası qəhrəmanı Qurqen Markaryanın fotoları yerləşdirilib.

C. Hüseynzadə onu da vurğulayıb ki, onların saytlarından başqa 20-dən artıq internet səhifəsinə də bu kimi müdaxilələr olub. Bu sırada Azad Azərbaycan TV-nin (www.atv.az), Eurovision 2011-in qalibi Nigar Camalın (www.nigarjamal.com), bir neçə elektron qəzetlərin, QHT –lərin, firmaların saytları da var. Bəzi saylara daxil olarkən isəhttp://budapest.sumgait.infosaytına birbaşa keçid edilir.

Son məlumata görə, aşağıdakı saytlara müdaxilələr olub:

http://sulh.az/

http://autolux.az/

http://www.bakucctv.com/

http://www.dayaq.org/

http://rednews.az/

http://www.sonxeber.az/

http://cereselektrik.com/

http://primetime.az/

http://www.rotaract.az/

http://www.hilalelektrik.az/

http://toyumuz.com/

http://cinsielaqe.com/

http://nigarjamal.com/

http://www.atv.az/

http://study-line.az/

http://www.americanacademy.az/

http://www.jalal-i.com/

http://brf.az/

http://www.extreme.az/

http://arabesque.az/

http://www.zirve.edu.az/index.php

http://econews.az

Qeyd: Econews.az portalı və bir neçə sayt artıq öz veb resursları bərpa ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə