2012-ci ilin yanvar ayında Azərbaycanda 132 kq qızıl istehsal edilib

2012-ci ilin yanvar ayında Azərbaycanda 132 kq qızıl istehsal edilib

2012-ci ilin yanvar ayında Azərbaycanda 132 kq qızıl istehsal edilib. SAİ-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu ötən ilin müvafiq dövrü ilə nisbətdə 18,5% azdır. Bu dövrdə gümüşün istehsali isə 54,7% azalaraq 130 kq təşkil edib. Ölkədə qiymətli metal filizləri və konsentratları üzrə hazır məhsul ehtiyatı 66,5 kq təşkil edib ki, bunun 37,1 kq-ı qızıl, 29,4 kq-ı isə gümüş olub.

Qeyd edək ki, yanvarda Azərbaycanda 23,5 min ton dəmir filizi də istehsal edilib ki, bu da 2011-ci il yanvarının göstəricilərindən 51,6% çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə