Elman Abdullayev: “Azərbaycan İranın etiraz notasına cavabı müzakirə edir” - MÜSAHİBƏ
Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayevin "SƏSTV"-yə müsahibəsi
- İran və Azərbaycan arasında nə baş verir?
- Azərbaycan regionda mövcud olan bütün qonşu dövlətlərlə o cümldən İranla hər zaman mehriban qoşuluq prinsiplərinə üstünlük verib. Ermənistanla isə işğal davam etdiyi üçün bu alınmır. Mehriban qonşuluq prinsipini biz vurğulayarkən iki əsas elementi nəzərdə tuturuq: İki ölkə arasında qarşılıqlı hörmət və ölkələrin bir-birini daxili işinə qaışmamaq. Təəssüflər olsun ki, Azərbaycanda İran xüsusi xidmət orqanlar ilə əlaqləri olan şəxslər həbs olundu və bununla bağlı Azərbaycan İrana etiraz notazsını tədim etdi. Təəssüflər olsunki, İran Azərbaycanın xahişini, tələbini yerinə yetirmək yerinə yalan və iftira dolu olan absurd bir reaksiya verdi.
- İran tərəfinə Xarici İşlər Nazirliyi səviyyəsində cavab oldumu?
- Hal-hazırda bunula bağlı qərar qəbul olunmayıb. Müzakirələr gedir.
- Bu məsələni cəmiyyətin reaksiyasına buraxmısınız, yoxsa Xarici İşlər Nazirliyi qonşuluq münasibətini saxlamaq baxımından daha ehtiyatlı bir addım atmaq istəyir?
- Azərbaycanın xarici siyasəti milli maraqlar əsasında həyata keçirilir. Çünki, Azərbaycan dövləti və xalqı üçün nə önəmlidirsə o da prioritetdir. Gördüyünüz kimi Azərbyacn ictimaiyyəti bu məsələyə birmənalı şəkildə mənfi reaksiya verdi. Çünki, bu cür absurd və yalan ittihamlarla çıxış etmək ən azından iki ölkə arasında mövcud olan münasibətlərə uyğun deyil. Bir daha qeyd etmək istərdim ki, biz İranla münasibətlərdə mehriban qonşuluq prinsiplərinin, əməkdaşlığın inkişafının tərəfdarı olmuşuq. Lakin ölkəmizdə həbs olunan cinayətkarların İran xüsusi xidmət orqanları ilə əlaqəsi olmasının aşkarlanması təbii ki, münasibətlərə kölgə salır.
- Azərbaycan ilk dəfə G-20-nin toplatısına dəvət olundu...
- Fevralın 18-20-də Meksikada G-20 ölkələri xarici işlər nazirlərinin qeyri formal keçiriləcək iclasına Azərbaycanın dəvət olunması önəmli hadisəsidir. Azərbaycanla yanaşı 9 ölkə və bir təşkilat dəvət olunub. \"Böyük iyirmiliyin\" sammitində iştirak Azərbaycan üçün xüsusi əhəmiyyətə malikdir. Bu onun göstəricisidir ki, Azərbaycan dünya arenasında böyük uğurlara imza atıb. Gözlənitlərdən qabaq bir çox dinləyicilərimiz sual verir ku, niyə məhz Azərbaycan? Bu sualdan irəli gələrək səthi şəkildə yaxın keçmişi xatırltmaq istərdim. Xüsusilə 2011-ci il. Çünki, bu il ərzində Azərbaycanın çoxsaylı uğurları olub: Azərbaycan BMT-yə üzv olan 155 ölkənin səsini toplayaraq 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, Qoşulmama Hərəkatına tam hüquqlu üzv oldu, YUNESCO-nun \"Silahlı münaqişələr zamanı mədəni obyektlərin qorunması\" üzrə Hökumətlərarası Komitəsinə üzv seçildi və 2012-ci il yanvarın 1-dən etibarən bir il ərzində Azərbaycanın GUAM-da sədrlik etməsi, Azərbaycanın humanıtar missiyalara qatılması ölkəmizin dünya ictimaiyyətinə açıq şəkildə regionun lider dövlətdən beynəlxalq oyunuçuya çevrilməsini göstərir. Azərbaycan bu gün beynəlxalq proseslərin tərkib hissəsi olmasına cəhd edir. Bunlar çox güclü zəmindir ki, bu gün Azərbaycan \"G-20\" ölkələrin xarici işlər nazirlərinin qeyri-formal keçiriləcək iclasına dəvət olunur. Azərbaycan xarici işlər naziri ayın 20-də iqtisadi, yəni ikinci sessiyaya sədrlik edəcək. Bu dünya ictimaiyyətinin Azərbaycana verdiyi önəmdir, dəyərdir. Çünki Azərbaycan özünü artıq etibarlı tərəfdaş kimi təsbit edib.
\"G-20\" çərçivəsində adətən qlobal xarakterli iqtisadi və maliyyə məsələləri, eləcə də beynəlxalq iqtisadi böhran müzakirə olunur. Dünya iqtisadiyyatının liderləri olan \"G-20\" üzvləri qlobal məsələlərin həllinə təsir göstərir, qərarların qəbulunda iştirak edir. Azərbaycanın bu prosesə cəlb olunması Azərbaycanın böyük qələbəsinin başlanğıcıdır, çünki biz \"G-20\" kimi nəhəng və təsirli formatda iştirak hüququ əldə etmişik. Görüşdə beynəlxalq birliyin üzləşdiyi makroiqtisadi təhlükələr, iqtisadi tənəzzül, içməli su çatışmazlığı, ərzaq təhlükəsizliyi problemlərinin həlli müzakirə olunacaq. Ən əsası odur ki, Azərbaycan artıq ordadır və bu o deməkdir ki, Azərbaycana yanaşma dəyişib.
- Maraqlıdır, niyə məhz iqtisadi sessiyanın sədrliyi ilk dəfə qonaq kimi toplantıya qatılan Azərbaycana verilir?
- Bu suala konkret olaraq cavab vermək istərdim. Azərbaycan iqtisadiyyatının inkişafı, iqtisadiyyatda mövcud olan stabillik və olkəmizin iqtisadi inkişafının regionun bütün inkişafına təsiri uğur nümunəsidir. Çox əsaslı göstəricidir ki, Azərbaycana ciddi və etibarlı tərəfdaş kimi yanaşırlar. Bir sıra ölkələr qlobal maliyyə börhanından çox ciddi fəsadlarla və acınacaqlı vəziyyətdə çıxdılar. Lakin Azərbaycanını isə stabil formada bu böhrandan çıxması ölkəmzin güclü iqtisadi zəmini olmasına dəlalət edir. Məhz bu zəmində Azərbaycanın iqtisadi sferada uğur nümunəsi olması toplantının iqtisadi sessiyaya sədrik etməsinə şərait yaradır.
- Xocalı soyqırımının 20-ci il dönümündə Xarici İşlər Nazirliyi hansı tədbirlər planı hazırlayıb?
- Xocalı soyqırımı bizim ümummilli problemimizdir. Bu istiqamətdə məlumatlandırıcı siyasət aparmaq hər birimizin borcudur. Xocalı soyqırımının dünya ictimayyətinə tanıdılması istiqamətində biz səylərimizi əsirgəmirik. Daynamadan, yorulmadan iş aparılacaq. Xaricdə mövcud olan dipliomatik nümayəndəliklərimiz müxtəlif hökümtə və qeyri-hökümət təşkilatlarla fəal və geniş intensiv iş aparır. Türkiyənin Taksim meydanında Xocalıda ermənilərin azərbaycanlılara qarşı etdikləri vəhşilikləri əks etdirən fotolardan ibarət sərgi açılıb. Sərgi İslam Konfransı Təşkilatının Gənclər Forumunun təşəbbüsü və dəstəyi ilə \"Xocalını unutmayaq, unutdurmayaq!\" devizi altında keçirilir. Xocalı soyqırımının 20-ci ildönümü ərəfəsində Pakistan Senatı və Meksika parlamenti Azərbaycanın Xocalı şəhərində baş vermiş hadisələri soyqırımı kimi tanıyıb. Pakistan Senatının Beynəlxalq münasibətlər komitəsinin iclasında 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələri tərəfindən törədilən faciəli hadisələrin soyqırımı kimi tanınması barədə qətnamə yekdilliklə qəbul edilib. Eyni zamanda Texas ştatı və Nyu-Cersi ştatının yerli qanunverisilik qətnamələrində bu cür qanunlar qəbul olunub. Xocalıda soyqırımın törədilməsinin tanınması haqqında bu qətnamə Texas ştatının qanunvericilik yığıncağı çərçivəsində və milli miqyasda ilk qətnamədir. Bizim məqsədimiz dünya ictimayyəti tərəfindən buna ədalətli və hüquqi qiymətin verilməsidir. Bütün dünya ictimaiyyəti tərəfindən Xocalı soyqırımına tam hüquqi qiymət verilməyənə qədər bu istiqəmətdə yorulmadan işləyəcəyik.
- Dağlıq Qarabağ münaqişəsinə toxunmaq istərdim. Prezidentlərin sonuncu Soçi görüşündən sonra sanki danışıqlarda durğunluq yaranıb. Ümumiyyətlə, Minsk qrupunun həmsədlərinin regiona səfəri gözlənilirmi?
- Minsk qrupunun həmsədlərinin regiona səfəri prosesin bir hissəsidir. Məndə olan məlumat görə, mart ayında onların regiona səfəri planlaşdırılır. Münaqişənin nizamlanması ilə bağlı Azərbaycanın möveqiyini əks etdirmək istərdim. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi xarici siyasətimizin ən yüksək prioritet təşkil edən məsələdir. Münaqişənin nizamlanması üçün ən böyük maneə Azərbaycan torpaqlarının hələ də erməni silahlı qüvvələri tərəfindən işğal altında olması faktıdır. Artıq Azərbaycan "Yenilənmiş Madrid" prinsiplərini qəbul etdiyini bildirsə də Ermənistandan xəbər gəlmədi. Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşü təşkil olundu. Lakin erməni icması görüşə gəlmədi. Məlum məsələdir, burada rəsmi İrəvanın təzyiqi ortaya qoyuldu. Həmçinin Azərbaycan böyük sülh müqaviləsini masa üzərinə qoydu. Lakin erməni tərəfi yenə də bunu qəbul etmədi. Ermənistan hazırda regionda status-kvonunu saxlanılması üçün müəyyən addımlar atır. Bu da rəsmi İrəvanın yenə də qeri-konstruktiv mövqedə olmasına dəlalət edir. Ermənistan BMT-nin 4 qətnaməsinə, Avropa Birlyinin qətnaməsinə, İslam Konfransı Təşkilatının qəbul etdiyi qərarlara hörmət etmir. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar xüsusəndə BMT Ermənistanı daim olaraq işğalçılıq siyasətdən əl çəkmsinə səsləməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB