Bu gün və səhər Bakı şəhərində kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası keçiriləcək. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin SİA-ya verdiyi məlumata görə, yarmarkaya 500 tona yaxın məhsul çıxarılacaq: \"Qiymətlər bazar qiymətlərilə müqayisədə 25-30 faiz aşağı təşkil ediləcək. Respublikanın 40-45 rayonunun fermerləri məhsullarını yarmarkaya çıxaracaq\".
M.Hacıyev onu da bildirdi ki, havaların şaxtalı və intensiv qarlı keçməsi nəticəsində respublikanın aqrar sahəsində yarana biləcək çətinliklərin aradan qaldırılmasını operativ surətdə aradan qaldırmaq məqsədilə adıçəkilən nazirlikdə xüsusi işçi qrupu yaradılıb: \"Hər-hansı problemlə üzləşənlər (012)4988914 qaynar xətt nömrəsinə zəng edə bilərlər\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB