Bakcell abunəcilərinə unikal yenilik

Bakcell abunəcilərinə unikal yenilik

Bakcell şirkəti mart ayından Azərbaycanda ilk dəfə mobil telefonların batareyasını enerji ilə təmin etmək üçün xüsusi aparatlar quraşdıracaq.

SİA-nın Bakcell istinadən verdiyi məlumata görə, bu unikal imkandan bütün mobil telefon istifadəçiləri pulsuz yararlana biləcəklər.

Hər bir aparatın korpusunda müxtəlif markalı mobil telefonlar üçün 6 ədəd batareya doldurucusu yerləşdirilib. Batareyası sönmüş telefonu yenidən aktiv etmək üçün onu 5-10 dəqiqə aparatda saxlamaq lazımdır.


Qeyd edək ki, ilkin olaraq sözügedən aparatlar paytaxtın 25 nöqtəsində quraşdırılacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə