Bayram Səfərov: “Azərbaycan qanunlarına hörmət etməyən şəxslə danışıq aparılmayacaq”

Bayram Səfərov: “Azərbaycan qanunlarına hörmət etməyən şəxslə danışıq aparılmayacaq”

"Azərbaycan qanunlarına hörmət etməyən şəxslə danışıq aparılmayacaq". SİA-nın verdiyi xəbərə görə, bunları jurnalistlərə verdiyi açıqlamasında \"Dağlıq Qarabağın Azərbaycanlı İcması\" İctimai Birliyinin sədri Bayram Səfərov bildirib.

"Mən həmişə demişəm - Bako Saakyanla bir masa arxasında əyləşməyəcəm. O kimdir ki? Mən Azərbaycan hökumətinə, dövlətinə, konstitusiyasına hörmət edən, orada yaşayan hər bir erməni ilə danışmağa hazıram. Azərbaycan qanunlarına hörmət etməyən şəxslə mən təbii ki, danışmayacağam",- deyə bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağdakı erməni icması ilə danışıqlara hər zaman hazırdır və çalışacaq ki, danışıqlar baş tutsun.

"Danışıqların hansı şəraitdə olacağını mən indidən deyə bilmərəm. Onlar tərəfindən icma rəhbərliyi olanda mən də icma rəhbəri kimi Azərbaycan tərəfdən görüşə qatılacağam",- deyə B. Səfərov bu sözləri əlavə edib.

İlkin Nəcəfli

Bütün xəbərlər Facebook səhifəmizdə