Türkiyə Böyük Millət Məclisində Xocalı soyqırımının rəsmən tanınması ilə bağlı qanun layihəsi müzakirə olunacaq. SİA-nın verdiyi məlumata görə, Böyük Millət Məclisinin sədri Cəmil Çiçək fevralın 16-da Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırovla görüşündə belə deyib.
Azərbaycanın Türkiyədəki səfirliyindən bildiriblər ki, Cəmil Çiçək Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə təşkil edilən tədbirlər silsiləsinə dəstək veriləcəyini, bu çərçivədə parlamentdəki siyasi partiyaların qrup rəhbərlərinin məlumatlandırılacağını, Türkiyəni təmsil edən səlahiyyətli şəxslərin beynəlxalq səviyyədə keçirdikləri görüşlər zamanı Dağlıq Qarabağ və Şimali Kipr problemini əsas götürdüklərini dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB