Füzulinin kəndləri qazlaşdırılır

Füzulinin kəndləri qazlaşdırılır

Füzuli rayonunun Qazaxlar və Mirzənağılı kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib. SİA-nın ARDNŞ-ə istinadən verdiyi məlumata görə, 150 abonenti olan Qazaxlar kəndinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında ümumi uzunluğu 10,5 kilometrə yaxın müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 150 ədəd qaz sayğacı quraşdırılıb.

Mirzənağılı kəndində də birpilləli sistem olmaqla ümumi uzunluğu 3,5 kilometr olan müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 70 ədəd qaz sayğacı quraşdırılıb. Qazlaşdırılmış kəndlərin cəbhə bölgəsində yerləşdiyi nəzərə alınaraq, bütün mənzillər qaz plitələri ilə təmin edilib.


Qeyd edək ki, Füzuli rayonunun digər kəndlərinin də təbii qazla təmin edilməsi istiqamətində işlər davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə