Brüsseldə Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar mitinq keçiriləcək

Brüsseldə Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar mitinq keçiriləcək

Brüsseldə Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar mitinq keçiriləcək. Azərbaycan-Belçika Dostluq Cəmiyyətindən SİA-ya verilən məlumata görə, aksiya fevralın 28-də Brüsseldəki Place Schuman meydanında Avropa Komissiyasının önündə saat 13.00-dan 15.00-dək keçiriləcək. "İnsanlıq ayıbı Xocalıya ədalət mitinqi"ndə "Hamımız Xocalılıyıq! Hamımız Türkük!" şüarlarının sədaları altında keçiriləcək aksiyada ölkədə fəaliyyət göstərən Azərbaycan və Türk diaspor təşkilatlarının, siyasi partiya və ictimai təşkilatların nümayəndələri qatılacaqlar.

Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin təşəbbüsü ilə baş tutacaq aksiyanın məqsədi ictimaiyyətin diqqətini 26 fevral 1992-ci il tarixində ermənilərin Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərinə qarşı törətdiyi soyqırımına yönəltmək, eyni zamanda, Xocalı şəhidlərinin xatirəsini anmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə