\"Bakıda tramvay xətti bərpa ediləcək. Onların bərpa edilməsi həm ekoloji baxımdan, həm də ekzotik görüntü baxımından da maraqlı olacaq". Bunu SİA-ya açıqlamasında Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin müdiri Namiq Həsənov bildirib. Qurum rəsmisinin sözlərinə görə, yeni tramvay xətti paytaxtda "Ağ şəhər" layihəsi reallaşdıqdan sonra mümkün olacaq. Belə ki, layihə çərçivəsində tramvay xətti yalnız bulvar boyu quraşdırılacaq.Gələcəkdə bu layihənin paytaxtın digər küçələrini əhatə etməyəcəyini deyən nazirlik rəsmisi əsas yol qovşaqlarından tramvayın keçməsinin mümkünsüz olduğunu bildirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB