Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ikinci dəfə əməliyyat olunub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, baş nazir keçən ilki əməliyyatının davamı olaraq bu gün yenidən əməliyyat masasına uzanıb. Nazirlik rəsmiləri hazırda nazirin sağlamlıq vəziyyətinin yaxşı olduğu barədə xəbər yayıb. Baş nazirin səlahiyyətli şəxslərinin bildirdiyinə görə, ötən il həzm sistemindəki narahatlıqdan müalicəyə başlayan R.T. Ərdoğan bu gün 30-dəqiqəlik əməliyyatla növbəti uğurlu mərhələni keçib. R. T. Ərdoğanı əməliyyat edən həkimlər isə mətbuata açıqlamalarında onun səhhətinin hazırda çox yaxşı olduğunu və baş nazirin üzümüzə gələn həftə işə də çıxa biləcəyini bildiriblər.
Qeyd edək ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan keçən ilin 26 noyabrında ani bir qərarla əməliyyat olunmuşdu. Xəstəlik səbəbi kimi həzm sistemindəki narahatlıq göstərilən baş nazir üçün xərçəng olması ilə bağlı şaiyələr də mövcud idi.
Aynurə Asimqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB