Sabah ölkə ərazisində yenidən şaxtalı və soyuq hava gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunundan SİA-ya verilən məlumata görə, bu gün axşamdan paytaxtda yenidən zəif qar yağıntısı gözlənilir. Ölkə ərazisində şimal-şərq küləyi əsəcək. Fevralın 10 və 11-də ölkə ərazisində havanın soyuq keçəcəyi proqnozlaşdırılır. Şimal küləyinin əsəcəyi gözlənilir. Paytaxtda və regionlarda qar yağacağı proqnozlaşdırılır. Ayın 10-da gündüz 0-2 dərəcə, gecə isə 5 dərəcəyə qədər şaxta olacağı gözlənilir. Fevralın 11-də gündüz 2 dərəcəyə qədər şaxta olacaq, gecə isə temperatur -5 olacaq. Mərkəzi Aran reginonunda havanın yağıntılı olacağı, qar yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə intensiv şimal qərb küləyi əsəcək. Gündüz temperatur 0-3, gecə -4-8 dərəcə olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB