Bakıda və Abşeron yarımadasında fevralın 9-da gündüz yağıntıda fasilə olacağı, şimal-qərb küləyinin mülayimləşəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən SİA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 8-13 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq. Azərbaycanın rayonlarına gəlincə, fevralın 9-da gündüz yağıntıda qısa müddətə fasilə olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-11 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta, dağlarda gecə 19-24 dərəcə şaxta, gündüz 7-12 dərəcə şaxta təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 25-30 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB